Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıda mənzillər ucuzlaşır

Bakıda mənzillər ucuzlaşır

Bu ilin sentyabr ayında Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan tam təmirsiz (“pod mayak”) mənzillərin orta təklif qiyməti 3,09% azalaraq 1 037 dollar/кv.m-dən 1 005 dollar/кv.m-ə, milli valyuta ilə isə 3,13% azalaraq 1 087 manat/кv.m-dən 1 053 manat/кv.m-ə düşüb.

“Report”un “MBA Consulting Group” şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabata əsasən, ilkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini, ümumi portfelin 65%-ni 1 000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir. Qiyməti 1 000-1 500 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 28%-dir.

Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 725 dollar/kv.m və 1 140 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 7%-ni isə qiyməti 1 500 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edib, burada qeydə alınan orta qiymət isə 2 080 dollar/kv.m olub.

İlkin yaşayış mənzil bazarında kv. metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 5 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, Cavanşir (keçmiş Qaqarin) körpüsü yaxınlığında yerləşən 264 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin satışa təklif olunan ilkin qiyməti 3200 dollar/kv.m təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonu, Xırdalan şəhərində (104 kv.m olan 2 otaqlı yeni tikili mənzil, 400 dollar/kv.m) qeydə alınıb.

Ay ərzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Səbail, Suraxanı, Xətai və Yasamal rayonlarında azalıb, Nərimanov, Nəsimi, Qaradağ və Sabunçu rayonlarında isə nisbətən artıb.

Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1 005 dollar) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya (59.0%) malik olub. Bazara təklif olunan yeni tikili mənzillərin orta sahə göstəricisi 108 kv.m, hər otağın orta satış qiyməti 51 000 dollar, mənzilin orta qiyməti isə 122 300 dollar təşkil еdib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın