Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Kriminal / Bakıda mənzildə yanğın, üç əcnəbi tələbə öldü – Video + Yenilənib

Bakıda mənzildə yanğın, üç əcnəbi tələbə öldü – Video + Yenilənib

Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.

Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bədbəxt hadisə zamanı ölən şəxslər “Western Caspian” Universitetinin tələbələri olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.

Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar. Yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı pəncərəni sındıraraq onlara kömək etmək istəyib. Ancaq artıq gec olub, qızlar yatmış vəziyyətdə zəhərlənərək ölüblər.

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …