Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Kriminal / Bakıda mənzildə yanğın olub, ölən var

Bakıda mənzildə yanğın olub, ölən var

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi olub.

“Report” FHN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 m2 sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.

Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

İki uşaq 2-ci mərtəbədən, biri isə 13-cü mərtəbədən yıxıldı – Valideyn diqqətsizliyi…

Moderator.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskva şəhərində baş verib. Belə ki, evdə tək olan …