Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Kriminal / Bakıda məmur qadın vəkili döydü

Bakıda məmur qadın vəkili döydü

Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.

Bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

Məlumata görə, Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

Bildirilir ki, məsələ ilə bağlı müvafiq polis bölməsində araşdırma aparılır.Teleqraf

Həmçinin oxuyun

Kiyevdə həbs olunan azərbaycanlı: “Məni erməni şərləyib” – FOTO

Vətən müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır. O, vəkili vasitəsilə “Qafqazinfo”ya …