Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Kriminal / Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq edən şəxs SAXLANILDI

Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq edən şəxs SAXLANILDI

Bakıda məktəbli qız cinsi qısnamaya məruz qalıb.
Bu barədə avtosfer.az-a məktəblinin atası məlumat verib.
Ata bildirib ki, 11 yaşlı qızı, dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib: “Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalması ilə bağlı zəng edib, tez özünü məktəbə çatdır. Mən məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb. Həmin şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə yaxasını açaraq onu cinsi qısnamaya məruz qoyub”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, cinsi qısnama faktı təsdiqini tapıb:“Artıq həmin şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib”.

Həmçinin oxuyun

Rəisin gündəlik qazancı 361 643 manat olub – İDDİA

“Büdcəyə gündə 86 041 manat daxil olduğu halda yalnız 1 gömrük məmurunun gündəlik oğurluğu 361 …