Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Bakıda küçə itləri müstəntiqə hücum etdi

Bakıda küçə itləri müstəntiqə hücum etdi

Bakıda xidmət vaxtı polis müstəntiqini küçə iti dişləyib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayev küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri A.Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb.

Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …