Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakıda körpə qız yük avtomobilinin altında qalaraq ölüb

Bakıda körpə qız yük avtomobilinin altında qalaraq ölüb

Bakının Sabunçu rayonunda körpə uşaq faciəvi şəkildə ölüb.

“Report” xəbər verir ki hadisə Bakıxanov qəsəbəsində 2014-cü il təvəllüdlü Həsənova Münəvvər Həsən qızı anası ilə yol kənarı ilə gedərkən baş verib.

Uşaq qəfil valideyinin əlindən çıxaraq yola doğru qaçıb. Bu zaman arxa istiqamətində hərəkətdə olan “MAN” markalı məişət tulantılarını daşıyan yük avtomobili onun üzərindən keçib

Körpə həmin yük avtomobilin təkərləri altında qalaraq faciəvi şəkildə ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …