Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Kriminal / Bakıda körpəsini boğaraq öldürən ataya hökm oxundu

Bakıda körpəsini boğaraq öldürən ataya hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində 6 aylıq körpəsini qətlə yetirməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Məlumata görə, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə ilə gələn V.Əliyev körpəsini boğaraq öldürüb.

Həmçinin oxuyun

“Əli Həsənovun oğluna 600 min, baldızına 580 min verdim…”

Jurnalistlər üçün bina tikintisinə ayrılmış vəsaitdən Prezidentin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli və …