Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakıda köhnə maşınların qiyməti qalxıb

Bakıda köhnə maşınların qiyməti qalxıb

İyul ayında maşın bazarında aktivlik çox aşağı səviyyədə olsa da, ikinci əl avtomobillərin qiymətində 10-15 faiz qiymət artımı müşahidə olunub.

“ Azinforum.az ” bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Onun sözlərinə görə, bu artım iqtisadi qanunların əleyhinə olan bir amildir: “Baxmayaraq ki, bazarda tələb aşağı səviyyədədir, amma qiymət artımı baş verdi. Bazara çıxarılan avtomobillərin sayı çoxaldı, alıcı qıtlığı yaşandı, amma buna baxmayaraq qiymətlər qalxdı”.

Ekspert hesab edir ki, bu hal risklərin dəyərləndirilməsi ilə bağlıdır: “Dolların qiymətində cüzi artım baş verir və insanlar da düşünürlər ki, avtomobili manatla satıb dollara çevirəndə az məbləğ edəcək. Ona görə də avtomobil satıcıları maksimum dərəcədə baha satmağı planlaşdırırlar. Ancaq bu qiymət artımı onsuz da alıcısı az olan bazara daha da mənfi təsir edir”.

V.Hüseynov əlavə edib ki, yeni avtomobillərin qiymətində nəzərəçarpacaq artım müşahidə olunmayıb.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın