Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Bakıda kişi özünü 9-cu mərtəbədən atdı – Səbəb şok salacaq

Bakıda kişi özünü 9-cu mərtəbədən atdı – Səbəb şok salacaq

Bu gün səhər saatlarında Bakıda intihar hadisəsi qeydə alınıb.
Azinforum.az  xəbər verir ki, hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, Xətai rayonu ərazisində Mehmandarov küçəsində yaşayan 50-56 yaşlı kişi özünü 9-cu mərtəbədən ataraq intihar edib.
Məlumata görə, kişi mədə xorasından əziyyət çəkirmiş. O, hadisədən öncə həyat yoldaşından onun üçün pəhriz yeməyi hazırlamasını istəyib. Yoldaşı qaz gəlmədiyi üçün yemək hazırlaya bilməyəcəyini deyib. Bu səbəbdən onlar arasında mübahisə düşüb.
Evdən çıxan kişi 9-cu mərtəbədə yaşayan bina sakinindən damın açarını istəyib. Dama çıxaraq özünü oradan ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …