Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Bakıda kişi bacısının başını kəsdi

Bakıda kişi bacısının başını kəsdi

Bakıda 57 yaşlı kişi ülgüclə bacısının boğazını kəsərək onu öldürüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 6-sı saat 22 radələrində paytaxtın Nəsimi rayonunda baş verib. Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanın kirayədə yaşadığı evə gələrək qısqanclıq zəminində onun boğazını özü ilə gətirdiyi ülgüclə kəsib. T.Cəfərova hadisə yerində vəfat edib.

S. Cəfərov polis şöbəsinə gələrək təslim olub və ülgücü də təhvil verib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb, meyitin daxili müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …