Ana səhifə / Kriminal / Bakıda kirayə evlərin qiyməti düşür – VİDEO

Bakıda kirayə evlərin qiyməti düşür – VİDEO

Son günlər kirayə mənzil bazarında qiymətlərdə müəyyən qədər azalmalar müşahidə olunur.

Əgər yanvar-fevral aylarında qiymətlərdə artım baş verirdisə, artıq azalma başlayıb və bu prosesin iyul ayına qədər davam edəcəyi gözlənilir.

Rieltorların sözlərinə görə, daha çox azalma may ayında olacaq. Qiymətlər təqribən 6-7 faiz aşağı düşəcək. Bunun isə bir sıra səbəbləri var.

Əmlak bazarı iştirakçıları deyirlər ki, qiymətlərdə dəyişiklik tələb-təklifdən asılı olaraq dəyişəcək. Belə ki, əgər tələb çox, təklif az olarsa, o zaman avtomatik olaraq qiymətlərdə artım baş verir.

Əmlak mütəxəssisi Nüsrət İbrahimov ən çox tələb olunan kirayə zonasının dəyişmədiyini deyir. Bu, metro çıxışlarının ətraflarının daxil olduğu 3-cü zonadır. 2 otaqlı mənzillərə tələbat da hər zamankı kimi yüksəkdir.

Kvadratmetri nəzərə alınmaqla köhnə tikili mənzillərin kirayə qiyməti yeni tikili mənzillərin qiymətindən baha olaraq qalmaqdadır.

Ümumiyyətlə isə ən çox tələb təmirli və əşyalı evlərədir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın