Bazar , Yanvar 17 2021
Ana səhifə / Kriminal / Bakıda keçmiş məhkumu amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub

Bakıda keçmiş məhkumu amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Etibar Qəhrəmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü E.Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Əlizadə Xanzadəni qətlə yetirib.

Onların hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir.

Daha sonra E.Qəhrəmanov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Axtarışda olan 46 nəfər saxlanıldı – RƏSMİ

Daxili İşlər Nazirliyini ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik …