Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Bakıda kafe sahibi öz oğlu ilə müştərini döyüb

Bakıda kafe sahibi öz oğlu ilə müştərini döyüb

Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.

“Report”un xəbərinə görə, hadisə Sulutəpə qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb.

Müştəri kimi kafedə əyləşən 47 yaşlı İsgəndərov Raqib İsmayıl oğlu iaşə obyektinin sahibinin oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində müəssisə sahibi və oğlu R.İsgəndərovu döyüb. Nəticədə müştəri üz nahiyəsindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsi araşdırma aparır.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …