Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakıda jurnalisti qarət edən “doqquz barmaq Adil” tutulub – FOTO

Bakıda jurnalisti qarət edən “doqquz barmaq Adil” tutulub – FOTO

Bakı şəhər Baş Poli İdarəsinin Cinayət-axtarış İdarəsi əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, “Bülbül” prospekti 18 ünvanında yerləşən “Bravo” marketində Bakı şəhər sakini T.Rüstəmova məxsus içərisində 3 ədəd mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü, Bərdə rayon sakini Adil Rüstəmov müəyyən olunaraq saxlanılıb. 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, şübhəli şəxsdən gizli yolla taladığı mobil telefonlar maddi sübut kimi aşkar olunuraq götürülüb, zərərçəkmişə qaytarılması təmin olunacaq. 

Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur: “”Doqquz barmaq Adil” kimi tanınan şəxsin əməllərindən başqa zərərçəkmiş varsa, bizi məlumatlandırmağı tövsiyə edirik”. 

Faktla araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, oğurluq əməlinə məruz qalan tanınmış jurnalist, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğludur.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …