Ana səhifə / Kriminal / Bakıda İYRƏNCLİK: Dayı 13 yaşlı bacısı qızını dəfələrlə zorladı

Bakıda İYRƏNCLİK: Dayı 13 yaşlı bacısı qızını dəfələrlə zorladı

Bakıda azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb.
Azinforum.az xəbər verir ki, oxu.az-a bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat daxil olub.
Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Azyaşlıya təcavüz edən şəxs zərərçəkənin eyni ünvanda yaşayan dayısı, 1993-cü il təvəllüdlü R.Babayevdir.
Uşağında hazırda Azərbaycan Uşaq Birliyinin reinteqrasiya mərkəzində olduğu bildirilir. Polisə zorlanma faktı ilə bağlı şikayət ərizəsi məhz həmin mərkəzdən daxil olub.
İstintaq orqanları, şübhəli ilə bağlı araşdırma aparır. Ərizə yanvarın 18-də daxil olduğundan fakt üzrə hələlik heç kim saxlanılmayıb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …