Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Bakıda İYRƏNCLİK: Azyaşlı qıza təcavüz edildi

Bakıda İYRƏNCLİK: Azyaşlı qıza təcavüz edildi

Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Yaşar Rzayevin cinayət işinin ibtidai istintaqı başa çatıb. 

Unikal.org xəbr verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib. 

Məhkəmənin vaxtı hələlik bəlli olmayıb. 

Y.Rzayev adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı qıza – F.Ə-ya (ad, soy ad şərti) təcavüz edib.

Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan Y.Rzayev barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Qeyd edək ki, Y.Rzayevin cinayət əməli sübuta yetirilərsə, onu 8 ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …