Ana səhifə / Kriminal / Bakıda it qadına belə hücum etdi, sahibi isə… – VİDEO

Bakıda it qadına belə hücum etdi, sahibi isə… – VİDEO

Bakıda qadın itin hücumuna məruz qalıb.
Hadisə ötən ilin dekabr ayında Nobel prospektində, NZS qəsəbəsinə gedən yolun üzərində baş verib. Bu barədə məlumat verən zərərçəkmiş Xoşqədəm adlı xanım bildirir ki, aldığı xəsarətlərə görə itin sahibi ona maddi yardım etməyib.
“Elçin adlı şəxsin iti mənə hücum etdi. Əvvəlcə, müalicələrim üçün 180 manat kömək göstərdi. Sonra nə qədər telefonuna zəng vursam da, onu axtarsam da, müxtəlif bəhanələr gətirirdi. Həkimə getməyə pulumuz yox idi. Qohumlar müalicə almağıma kömək etdi”, – deyə itin hücumuna məruz qalan xanım deyir.
Şikayətçi bildirir ki, evə getdikdən sonra Elçinin mobil telefonu ilə özünü Mirağa kimi təqdim edən şəxs ona zəng edib: “O, mənə hədə-qorxu gəldi, təhqir etməyə başladı. Deyirdi, “mən onun yiyəsiyəm, Mirağayam, Saatlıdan. İtdir, olub da, qəsdən üstünə cumdurmayıb ki…”
Ən ağır söyüşlərlə ailəmi və məni təhqir etdi. Polisə də müraciət etmişəm”.
Videodan aydın görmək olur ki, qadın orta yaşlı kişinin köməyilə itin hücumundan qurtula bilib. Lakin o, hadisə nəticəsində ciddi xəsarətlər alıb. 
Minval.info 

Həmçinin oxuyun

“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı – FOTO

Bakının mərkəzi küçəsində bir qrup gənc polis tərəfindən saxlanılıb. Unikal.org  “Bizimyol”a istinadən xəbər verir ki, Nizami …