Çərşənbə axşamı , Dekabr 5 2023
Ana səhifə / Kriminal / Bakıda İsrail səfirliyinə hücum etməyə hazırlaşan şəxs saxlanılıb

Bakıda İsrail səfirliyinə hücum etməyə hazırlaşan şəxs saxlanılıb

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti Bakıda səhər saatlarında İsrail səfirliyinə hücum təşkil etməyi planlaşdıran silahlı şəxsi saxlayıb. Bu barədə The Jerusalem Post məlumat yayıb.

Nəşr bildirib ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti həmin şəxsi səfirlik binası yaxınlığında həbs edib. O, səfirliyin əməkdaşlarına zərər verməyi planlaşdırırmış.

Qeyd edək ki, bundan əvvəl hücuma hazırlaşan şəxsin M.H.Hüseyinzadə olduğunu bildirmişdik . Uzun müddət gizli müşahidələr aparmış həmin şəxs 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.

Bu, həftə ərzində İsrailin xaricdəki səfirliyi ilə bağlı ikinci təhlükəsizlik vəziyyətidir. İsrailin Tokiodakı səfirliyinin girişi yaxınlığında da 50 yaşlı kişi hadisə yerində saxlanılıb.

AzVision.az

Həmçinin oxuyun

Cahangir Hacıyevin dostlarından 6 milyon əvəzinə 17 milyon tələb olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri, 8 ildir həbsdə olan Cahangir Hacıyevin dostları …