Bazar , Oktyabr 17 2021
Ana səhifə / Kriminal / Bakıda insanları qorxu içində saxlayan şəxsin GÖRÜNTÜLƏRİ – FOTO/VİDEO

Bakıda insanları qorxu içində saxlayan şəxsin GÖRÜNTÜLƏRİ – FOTO/VİDEO

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Azinforum.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat zamanı Xətai rayonunda yaşayan əvvəllər məhkum olunmuş Bəybala Kamranbəyli tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun paytaxt ərazisində 10-dan çox avtomobilin salonundan dəyərli əşyalar, maqnitafonlar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub.

Həmçinin saxlanılan şəxsin ətrafında aparılan əlavə araşdırmalar zamanı onun rayon ərazisində bir neçə mənzildən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində bir mənzildən oğurluq edən Elçin Əhmədov saxlanılıb. Onun evdən 2000 manat dəyərində qızıl və 350 manat pul oğurladığı məlum olub.

“Qeyd edək ki, Bəybala Kamranbəyli oğurluğa gedən zaman həmin ərazilərdə yerləşdirilən müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Bu isə onun qeyd edilən hadisələri törətdiyini bir daha sübut edir.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdrıma aparılır. Bəybala Kamranbəyli və Elçin Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Xətai Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər”, – mətbuat xidmətindən bildirilib.

https://youtube.com/watch?v=L34oz9FQjKo%3Frel%3D0%26color%3Dwhite%26modestbranding%3D1%26hl%3Dazhttps%3A

Həmçinin oxuyun

Caduya görə 4 min alan “falçı” saxlanıldı

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq …