Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Kriminal / Bakıda illərlə atası tərəfindən zorlanan qızın cəsarəti

Bakıda illərlə atası tərəfindən zorlanan qızın cəsarəti

Bakıda ana və iki azyaşlı qızı öz evlərində illərlə zorakılığa, təcavüzə, işgəncəyə məruz qalıb. Qızlardan 2002-ci il təvəllüdlü olanı öz doğma atası tərəfindən illərlə zorlanıb. Qızın anası və yaşca kiçik olan bacısı son illər bundan xəbər tutsa da hər biri qorxudan susub. Susduqca onlar da eyni zorakılığa məruz qalıb. Qızlar 45 yaşlı ataları, qadın isə əri tərəfindən təhdid edilib, döyülüb, amansız rəftara məruz qalıb…

Musavat.com xəbər verir ki, bütün bu faciə, ana və qızlarının yaşadığı əzab ötən ilin sonlarında 2002-ci il təvəllüdlü qızın verdiyi qəti qərardan sonra bitib.

İllərlə öz atası tərəfindən zorlanan qız yaşca ondan kiçik olan bacısının da eyni aqibəti yaşamaması üçün feysbuk sosial şəbəkəsində “Hüquqşünaslar” qrupuna müraciət edib. Onun üçüncü bir şəxsin adından yazdığı müraciətə xanım vəkillərdən biri cavab verib. Xanım vəkillə əlaqə quran qız başına gələnləri danışıb. Bundan sonra vəkil və qız prokurorluğa müraciət edib.

Nəticədə illərdir öz qızlarına, arvadına olmazın iyrəncliyi edən şəxs həbs edilib.

Araşdırmalar zamanı isə işin daha dəhşətli məqamları üzə çıxıb. Müəyyən edilib ki, 2002-ci il təvəllüdlü qız 6 yaşından etibarən atası tərəfindən cinsi zorakılığa məruz qalıb, zorlanıb. Hətta atası onu anasının gözləri qarşısında da zorlayıb. Anasını da onun gözləri qarşısında…

Əxlaqısz ata iyrənc hərəkətlərini bununla da yekunlaşdırmayıb və 2007-ci il təvəllüdlü qızına qarşı da seksual xarakterli hərəkətlər edib. Ana və qızları bu barədə dəfələrlə öz aralarında danışsalar da cəsarət edib polisə şikayət etməyiblər. Çünki illərlə müxtəlif formada işgəncələrə məruz qalıblar…

Araşdırmalar zamanı müəyyən edilib ki, 1975-ci il təvəllüdlü şəxs qızları və arvadını şillə, yumruq, təpik vurmaqla, saçlarını yolmaqla, çimdikləməklə, yaşadıqları evin küncündə dəqiqələrlə tək ayaq üstə saxlamaqla güclü fiziki ağrı və psixi iztirablar, işgəncələr verib.

Özünün daha da qəddar, amansız obrazını yaratmaq üçün daim üzərində olan bıçağı qəsdən nümayiş etdirib onları psixi iztirab formasında öldürəcəyi ilə hədələyib. Hətta evin divarına mıx vuraraq sarı rəngli elektrik naqili asıb. İstəkləri yerinə yetirilməyəcəyi təqdirdə onları asacağını bildirib.

Araşdırmalar zamanı üzə çıxan daha bir dəhşətli fakt isə 2002-ci il təvəllüdlü qızın baş verən zorakılığın nəticəsi olaraq 18 yaşında itihara cəhd etməsidir. Belə ki, o, evdə olan bir ovuc dərmanı içərək intihara cəhd edib. Xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olub. Amma o zaman qızın intihara cəhdini imtahan ərəfəsinin stresi kimi qələmə veriblər. Bu zaman da özünü ata adlandıran şəxs qızına və həyat yoldaşına tənbeh edib ki, bu barədə polisə heç bir məlumat verilməsin.

Amma vicdansız şəxs öz iyrənc hərəkətlərinə yenə də davam edib və intihara cəhd edən qızını yenidən zorlamağa başlayıb.

Bütün bu hərəkətləri sübutlarla, vortsap yazışmaları ilə ortaya qoyulan şəxs utanmadan peşman olduğunu deyib. Üzləşdirmə zamanı qızından üzr də istəyib. Amma 2002-ci il təvəlldülü qız atasından şikayətçi olduğunu, ona ən ağır cəzanın verilməsini tələb edib.

Qeyd etdiyimiz kimi hadisələrin üstü 2002-ci il təvəllüdlü qızın cəsarətini toplaması ilə açılıb. Ona bu cəsarəti verən isə ondan 5 yaş kiçik olan bacısının taleyi olub. Belə ki, 2002-ci il təvəllüdlü qız 2007-ci il təvəllüdlü bacısının eyni həyatı yaşamasını istməyib.

Bu qəti qərarı isə atasının ona yazdığı sonuncu iyrənc mesajdan sonra verib. Belə ki, özünü ata adlandıran şəxs 2002-ci il təvəllüdlü qızına mesaj yazaraq deyib ki, yuxuda onunla və bacısı ilə birlikdə intim əlaqədə olduğunu görüb. Bu mesajı alan 2002-ci il təvəlüldlü qız anasına məlumat verib ki, artıq bütün bunlara son verməyin vaxtıdır. Bu dəfə anası da qızını dəstəkləyib. Hadisələrin davamı yuxarıda qeyd etdiyimiz kimi baş verib.

2002-ci il təvəllüdlü qız həm özünü, həm də ana və bacısını bataqlıqdan xilas edib.

Bütün bu iyrənc hərəkətləri edən 1975-ci il təvəllüdlü şəxsə qarşı Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, əzab vermə, 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə, zorlama maddələrinin bir neçə ağır bəndləri ilə ittihamlar irəli sürülüb. Məhkəmənin hökmü ilə həmin şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu dəhşətli hadisə hansısa bir ssenari əsasında qurulmayıb. Bu, cəmiyyətimizin içində baş verən, gözdən uzaqda qalan, səsi boğulan bir ailənin faciəsidir. Ana və qızı uzun illər bu işgəncələrə dözüb. Ana övladlarını itirməyin qorxusundan, övladlar isə ölüm qorxusundan susublar.

Cəmiyyətdə ətrafımızda baş verən hadisələrə laqeyd yanaşma halları çoxdur. Düşünmürəm ki, bu ailənin vəziyyətindən xəbəri olmayan bir nəfər yaxın qohum, tanış olmasın. O niyə susub? Ən azından anonim şəkildə bu məsələni ictimailəşdirə bilməzdimi…

Bu yazını oxuyanlar arasında bəlkə də bu cür faciələrin qurbanı olmuş, hazırda da qurbanı olan şəxslər var. Və ya belə qurbanları tanıyanlar var. Nə qurbanlar, nə də bundan xəbərdar olanlar susmamalıdır.

2002-ci il təvəlüldlü qız intihar cəhddində ölə bilərdi. O ölsəydi, bu hadisələrin üstü açılmayacaqdı. Həmin qız sussaydı, yenə də ailə olaraq bataqlığın içərisində idilər.

Bir nəfərin susmaması üç nəfəri xilas etdi. Düşünün ki, baş verən cinayət hadisəsini gördükdə sussanız, nəticədə məhv olan insan həyatlarının hekayəsini eşidəcək, oxuyacaqsınız…

Həmçinin oxuyun

Şəmkirdə məmurun həbsinin – Təfərrüatı

Prokurorluq orqanları tərəfindən sudan istifadəyə dair qanunvericiliyin tələblərinə əməl edilməsi daim diqqətdə saxlanılmaqla, bu sahədə …