Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıda iki uşaq anasını maşınla vurub öldürən sürücü yaxalandı

Bakıda iki uşaq anasını maşınla vurub öldürən sürücü yaxalandı

Fevralın 17-də saat 23:15 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində yolu keçmək istəyən qadın piyadanı vuran sürücü yaxalanıb.

Qızıldaş qəsəbəsinin mərkəzi yolu ilə qəsəbə istiqamətində hərətdə olarkən yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını vurub hadisə yerindən qaçan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qasımov İlqar Səfərqulu oğlu tutulub. Onun hadisəni 99-FZ-087 dövlət nömrə nişanlı “VAZ 21214 Niva” markalı avtomobillə törətdiyi məlum olub.

Faktla bağlı Qaradağ RPİ tərəfindən 17.02.2019-cu il tarixində Azərbaycan Respublikası CM-nin 263.2 va 264-cü maddələri ilə cinayət işi başlanıb və sonradan cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.2 və 364-cü maddələrindən həmin Məcəllənin 263.3, 263-1.3 və 264-cü maddələrinə tövsif edilib.

Qəza nəticəsində ölən şəxsin yaxınlarının Trend-ə verdiyi məlumatda bildirilir ki, Nəzakət Şahverdiyeva iki övlad anası idi. O uzun illər idi uşaqlarını tək böyüdürdü və mart ayında qızına nişan mərasimi keçirəcəkdi.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …