Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Kriminal / Bakıda iki qadını möhkəm döyüb, yola atdılar

Bakıda iki qadını möhkəm döyüb, yola atdılar

Bakının Nəsimi rayonunda iki qadın möhkəm döyülüb.

Unikal.org xəbər verir ki, hadisə Dəniz limanı yaxınlığında baş verib.

Naməlum markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva möhkəm döyülüb, daha sonra yol kənarında düşürülüb. Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda dayə evdən oğurluq etdi- Cinayəti törədənin 12 yaşlı öz qızı olduğunu dedi

Bakıda dayə işlədiyi evdən oğurluq etməkdə ittiham olunur. İşin ilginc tərəfi budur ki, qadın oğurluğu …