Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Bakıda iki gənc avtomobildə güllələndi

Bakıda iki gənc avtomobildə güllələndi

Bakının Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.

“Qafqazinfo” “Baku.tv”yə istinadən xəbər verir ki, gecə saatlarında 10-TO-170 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobildə 2 nəfər güllələnib.

Həmin şəxslər 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırovdur.

T.Babayev hadisə yerində dünyasını dəyişib. A.Bağırov isə ağır yaralı halda 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona mədə divarınn açıq güllə yarası diaqnozu qoyulub.

Hadisənin kim və ya kimlər trəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …