Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakıda icarə haqları kəskin düşür – FOTOLAR

Bakıda icarə haqları kəskin düşür – FOTOLAR

Bakının mərkəzində, necə deyərlər, işlək obyektlərin bir çoxunun qapı-pəncərəsində “icarəyə verilir” elanları gözə dəyir.

Hökumət evinin arxasında – Üzeyir Hacıbəyov küçəsində əvvəllər qızıl və digər zinət əşyaları satılan dükanların az qala hamısında bu cür elanlara rast gəlmək olur.

Belə dükanlardan birinin sahibi (adının çəkilməsini istəmədi) deyir ki, ötən il ayı 2500 manata verdiyi 30 kvadratmetrlik obyektə 4 aydır 1500 manatdan icarəçi tapa bilmir.

Ayrı bir dükan sahibi deyir ki, icarə qiymətlərini endirmək də müştəri tapmaq istəyənlərə kömək edə bilməyib.

“Bizim oybekt şəhərin mərkəzində – Rəsulzadə küçəsində yerləşir. Ötən ilə qədər obyekti 14 min 700 manata icarəyə verirdik. İndi ayı 10 min manata verə bilmirik. 195 kvadratmetrlik obyektdir. 6-7 aydır vəziyyət belədir. Bir icarəçi tapdıq, o da iki ay işləyib çıxdı. Alış yoxdur deyə camaat obyektləri boşaldır. Bu da iqtisadi vəziyyətə görədir” – deyə adının çəkilməsini istəməyən obyekt sahibi bildirir.

Bu ilin noyabrında Bakıda kommersiya məqsədilə istifadə edilən əmlakın satış qiyməti orta hesabla 2 faiz, icarə qiyməti isə 3 faiz aşağı düşüb. Buna səbəb kimi ölkə iqtisadiyyatındakı böhran göstərilir.

2014-cü ilin avqustundan dünya bazarında neft ucuzlaşır. Bu da özəlliklə neftdən asılı olan ölkələrin iqtisadiyyatına təsir edib.

“MBA” Konsaltinq və Qiymətləndirmə Şirkətinin hesablamalarına görə, qeyri-yaşayış obyektlərində həm satış, həm də icarə qiymətləri aşağı düşür. Ötən bir ildə Bakıda haradasa 23 faizlik ucuzlaşma müşahidə olunub.

Bakının mərkəzi rayonlarında icarə verilən dükanlar (fotolar)

 

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın