Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakıda hamamda qan su yerinə axdı — VİDEO

Bakıda hamamda qan su yerinə axdı — VİDEO

Gecə saatlarında paytaxtın Binəqədi rayonunda kütləvi dava baş verib.

Azinforum.az  Ölkə.az-a istinadən xəbər verir ki, hadisə rayonun Azadlıq prospektində, “Pak hamam” adlanan obyektdə qeydə alınıb.
Bir qrup naməlum şəxs hamama daxil olub və burada çalışan ofisiantlarla mübahisə edib. 

İçkili olduqları iddia edilən həmin şəxslər bir müddət sonra yenidən hamama qayıdıblar. Bu dəfə özləri ilə gətirdikləri kəsici və küt alətlərlə ofisiantlara hücum ediblər.  

Nəticədə, dörd nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlardan 1994-cü il təvəllüdlü Əhmədli Nazim və digər yaralı ilkin tibbi yardımdan sonra evə buraxılıb.

1999-cu il təvəllüdlü Quliyev Sahib və 1999-cu il təvəllüdlü Kərimli İsa xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onlara döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …