Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakıda hakim arvadını öldürdü

Bakıda hakim arvadını öldürdü

Bakıda məhkəmə hakimi arvadını öldürüb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə təxminən 3 saat öncə paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

Belə ki, Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün 3 övladı var.  1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Həmçinin oxuyun

Vardanyan Bakı həbsxanasında aclıq aksiyasına başladı

Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyan aclıq aksiyası keçirir.Bu …