Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakıda həbsdən çıxan kişi arvadını və uşaqlarını döyüb xəstəxanalıq etdi

Bakıda həbsdən çıxan kişi arvadını və uşaqlarını döyüb xəstəxanalıq etdi

Bakının Nərimanov rayonunda bir ailənin üç üzvü döyülüb.

“Report” xəbər verir ki, Əliyar Əliyev küçəsi, 7 ünvanında yaşayan Xanlar Qurbanov evə gələrək ailə üzvləri ilə mübahisə edib.

O, əvvəlcə 1997-ci il təvəllüdlü oğlu Sirac Qurbanovu döyərək ona xəsarətlər yetirib. Bununla hirsi soyumayan X.Qurbanov 1969-cu il təvəllüdlü həyat yoldaşı Qurbanova Reyhan Çingiz qızını da döyüb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kişi ardınca qızı Q.S-nı da döyüb.

Yaralılardan S.Qurbanovun vəziyyəti nisbətən ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.

Hadisəni törədən X.Qurbanov əvvələr məhkumluq həyatı yaşayıb. O, bir neçə gün öncə həbsxanadan azad olunub.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …