Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Bakıda həbs edilən türkiyəli narkobaron: – “MƏNİ VƏTƏNİMƏ QAYTARIN”

Bakıda həbs edilən türkiyəli narkobaron: – “MƏNİ VƏTƏNİMƏ QAYTARIN”

Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın eskradisiya ilə bağlı məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayıətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O ifadəsində bildirib ki, Türkiyəyə getmək istəyir: ” 8 övladım var. Böyüyün 26-ı balacasının 6 yaşı var. Xəstə atam ordadır. Mənim bu yazılanlarla bağlı heç bir günahım yoxdur. Siz öz ölkəmə göndərin, mən orda bəraətimi alacam.Mümkünsə bu müqəddəs bayram ayında məni göndərin. Bayramda Türkiyədə olmaq istəyirəm”.

Daha sonra Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edərək bildirib ki, Turqut Kamal həm Almaniya həm fə Türkiyədə cinayət törədib: “Hər iki ölkə tərəfindən bizə sorğular daxil olub. Lakin təqsirləndirilənin Türkiyə vətəndaşı olduğuna görə öz ölkəsinə eksradisiya olunmasını məqsədə uyğun hesab edirik”.

Türkiyə səfirliyin nümayəndəsi də vətəndaşlarının təhvil verilməsini tələb edib.

İttihama görə, T. K. Abdulsəlam Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir. O, 2006-2007-ci ildə Almaniya və Holllandiyaya narkotik vasitələrin daşınmasını maliyyələşdirib.

Həmçinin T. K. Abdulsəlam Türkiyə tərəfindən də axtarışa verilib.

Bundan qabaq Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın sorğusuna baxılıb. Həmin sorğu təmin edilib. Lakin apellyasiya məhkəməsi zamanı Türkiyə də T. K. Abdulsəlim haqqında axtarış elan edib və Azərbaycan tərəfindən eksradisiya edilməsini tələb edib. Bu səbəbdən iş birinci intansiya məhkəməsinə qaytarılıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …