Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Kriminal / Bakıda gözəllik salonundan oğurluq – VİDEO

Bakıda gözəllik salonundan oğurluq – VİDEO

Bakıda gözəllik salonundan oğurluq edilib. 
Unikal.org xəbər verir ki, yanvarın 19-u paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 18A ünvanında yerləşən “Banu Beauty” gözəllik salonundan külli miqdarda pul və bahalı mobil telefon oğurlanıb. 

Salonun sahibi Həsənova Sevinc Qədim qızı hadisə ilə bağlı polisə müraciət edib. Hələ ki oğurluq edən şəxs və ya şəxslər müəyyən olunmayıb. 

Xatırladaq ki, bu, sözügedən salondan ikinci oğurluq hadisəsidir. Belə ki, dekabrın 18-ində də həmin gözəllik salonundan oğurluq edilmişdi. 

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …