Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Kriminal / Bakıda gözəllik salonundan 15 min manatlıq saç oğurlandı (VİDEO)

Bakıda gözəllik salonundan 15 min manatlıq saç oğurlandı (VİDEO)

Pəncərəni qıraraq gözəllik salonuna girən şəxslər ordan saç və külli miqdarda pul oğurlayıblar.

Hadisə paytaxtın Nərimanov rayonu Faiq Yusifov küçəsində Ramal İslamlıya məxsus gözəllik salonunda baş verib. Zərərçəkmişin sözlərinə görə, səhər saatlarında salonu açıb içəri daxil olarkən hər tərəfin dağınıq olduğunu görüblər. Dərhal seyfə baxış keçirən zərərçəkmiş külli miqdarda pulun oğurlandığını görüb.

Hadisə yerinə ərazi üzrə 17-ci polis şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Məlum olub ki, cinayəti törədən şəxslər izi itirmək məqsədi ilə gözəllik salonundan çıxarkən təhlükəsizlik kameralarını və onun yaddaş kartını da sökərək özləri ilə aparıblar. Başqa maraqlı bir nüans odur ki, oğurluq edən şəxslər salonun mühafizə polisi tərəfindən qorunduğunu bildikləri üçün qapıdan daxil olmayıblar ki, ”həyacan” siqnalı işləməsin. Onlar arxa tərəfdəki pəncərədən daxil olub oğurluq etdikdən sonra ordan da çıxıblar.

Nərimanov rayon 17-ci polis şöbəsindən bildirildi ki, hadisə ilə əlaqədar əməliyyat qrupu yaradılaraq axtarış aparılır. Fakta görə rayon polis idarəsində cinayət işi başlanıb.

  • 29.01.201910:4519

Həmçinin oxuyun

Peqova qarşı cinayət işi – təhvil verilməsə, özümüz…

Respublika Prokurorluğu Rusiya vətəndaşları olan “WarGonzo” layihəsinin müəllifi Semyon Vladimiroviç Peqov və Yaxın Şərq və …