Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Bakıda gömrükçülər həbs edildi – aralarında deputatın qohumu da var

Bakıda gömrükçülər həbs edildi – aralarında deputatın qohumu da var

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıqda şübhəli bilinən şəxslər saxlanılıb. Istiqlal/az-a daxil olan məlumata görə saxlanılan şəxslər arasında deputat Elmira Axundovanın yaxın qohumu Azad Abdullayev, Peyman adlı İran vətəndaşı və bir neçə gömrükçü də var. 

Deputatın yaxın qohumu  Masallı rayonun Mollaoba kəndindəndir. Sovetlər dönəmində Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı olub. Azərbaycan müstəqillik qazanandan sonra bu kombinat dağılıb. İndi ölkədə zəli tədarükü lisenziyalaşdırılmış fəaliyyət növlərindədəndir. Deputatın qohumunun zəli qaçaqçılığına göə saxlanılması rayonda da b irmənalı qarşılanmayıb. Belə xəbərlər var ki, A.Abdullayev rəsmi sənədləşmədə göstəriləndən qat-qat artıq zəli tədarükü ilə məşğul olub və buna görə də istintaqçıların diqqət mərkəzinə düşüb. A.Abdullayevin sosial şəbəkədəki profilində onun zəli işinə yaxınlığına dəlalət edən fotolar, uyğun şərhlər də var. Belə anlaşılır ki, A.Abdullayev bu sahənin bilicilərindədndir. Həmin fotoların da bir neçəsini təqdim edirik.

 

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …