Ana səhifə / Kriminal / Bakıda gənc qadın özünü körpüdən atdı: SAĞ QALDI (VİDEO)

Bakıda gənc qadın özünü körpüdən atdı: SAĞ QALDI (VİDEO)

Bakıda qadın özünü körpüdən atıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər zamanı o, özünü körpüdən aşağı atıb və xilasedicilər tərəfindən quraşdırılan xilasetmə yastığının üzərinə düşüb. Xilasedicilər vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Unikal.org APA-ya istinadən intihara cəhd edən qadının görüntülərini təqdim edir.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …