Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Kriminal / Bakıda gənc şair bu misraları yazıb intihar etdi: “Gedəndə tək getmirsən…” – FOTO

Bakıda gənc şair bu misraları yazıb intihar etdi: “Gedəndə tək getmirsən…” – FOTO

Yanvarın 8-də saat 16:45 radələrində bulvarda özünü dənizə atan şəxs gənc şair imiş.
Moderator.az xəbər verir ki, intihar edən Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış.
Bir ay sonra, fevralın 10-da 23-cü doğum gününü qeyd etməyə hazırlaşan Məliyin bu intiharı dostlarını və yaxınlarını sarsıldıb.
Məlik intihar etməmişdən bir neçə dəqiqə əvvəl də bu barədə öz feysbuq səhifəsində məlumat paylaşıb.
O, yazdığı şeirində ölümün bir başlanğıc olduğunu qeyd edib.
Gənc şairin sonuncu şeiri:
“Qorxunun əcələ faydası yoxdur,
bir gün ruh tərk edir bədəni,
azad olur bir bədənlik əsarətdən.
Ölüm son deyil, başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.
Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı.
Bundan sonra bayramlar
il dönümü olacaq.
xeyrlə şər qardaşdı.
Həftələr aya dönür,
aylar gəlib il olur.
İllər də yarpaq kimi
tək-tək təqvimdən düşür.
Öyrəşir… Hamı öyrəşir..
Bir gün ruh tərk edir səni,
qalxır, göylərə üz tutur.
Zamanla yadırğayırlar
səsini də, sözünü də.
Sonra…
Bir gün sənin özünü də
unudur…
Hamı unudur…
Bir gün ruh tərk edir səni,
ruh səni, sən də hər kəsi.
Yaxınlıqdakı məsciddən
eşidilir azan səsi…
Məlik Cahan
31.12.2017″
Qeyd edək ki, mərhumun cansız bədəni hələ də dənizdən çıxarılmayıb. O, özünü atmadan öncə kurtkasını çıxararaq sahildə qoyub.
Məliyin intihar etməsinin səbəbi isə bilinmir.

Həmçinin oxuyun

Cəlil Nəzərov bu əməllərinə görə həbs edilib

Baş Prokurorluq Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbsi ilə bağlı məlumat yayıb.  “ Azinforum.az ” …