Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Bakıda gənc oğlandan ağlagəlməz fırıldaqlıq… – VİDEO

Bakıda gənc oğlandan ağlagəlməz fırıldaqlıq… – VİDEO

Bakıda 25 yaşlı gənc qızıl mağazalarından eyni üsulla müxtəlif qızıl dəstlər ələ keçirib. O, internet üzərindən qızıl sifariş verib və ünvana çatdırılan qızılları götürərək aradan çıxıb.

Əbdürrəhimov Murad Mehman oğlu öncə qızıl mağazalarının “İnstagram” hesablarına yazaraq qızıl dəstə almaq istədiyini bildirib.

Sonra isə seçdiyi dəstlərin onun ünvanına çatdırılmasını istəyib. Beləliklə, qızılları əldə edən Murad aradan çıxıb.

Satıcının sözlərinə görə, Murad onlardan oğurladığı qızılı başqa bir mağazaya dəyərindən aşağı qiymətə satıb.

Məsələ ilə bağlı Sabuncu polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …