Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Bakıda gəlinlik mağazasında oğurluq anı kameraya düşdü –VİDEO

Bakıda gəlinlik mağazasında oğurluq anı kameraya düşdü –VİDEO

“Laçın” ticarət mərkəzində oğurluq hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat verib. Verilən məlumata görə, oğurluq gəlinlik mağazasında qeydə alınıb. Hadisə müşahidə kamerasına düşüb.

Videonu redaksiyamıza göndəriblər. Bildirilir ki, oğurluq dünən səhər saatlarında qeydə alınıb.

Videodan da göründüyü kimi gənc oğlan mağazada gəlinliklərin şəklini çəkir. Sonra baş qarışıq olan zaman kassaya yaxınlaşır. O, kassadan içərisində bank kartları olan pul kisəsini və 150 manat pulu götürür.

Mağazanı işlədən xanım bu barədə polisə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …