Ana səhifə / Kriminal / Bakıda film kimi oğurluq: 9 maşını soydular – VİDEO

Bakıda film kimi oğurluq: 9 maşını soydular – VİDEO

Paytaxtda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.

İki nəfər Qaraçuxur qəsəbəsində bir gecədə 9 nəqliyyat vasitəsindən oğurluq və oğurluğa cəhd ediblər.

Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini Səbuhi Əliyev rayon polis idarəsinə müraciət edərək fevralın 15-də yaşadığı ünvanın qarşısında saxladığı “Opel” markalı avtomobilin pəncərəsinin sındırıldığını, nəqliyyat vasitəsinin salonundan monitor, maqnitofon, 4 ədəd səsgücləndirici və elektrik tənzimləyicisinin oğurlandığını bildirib.

Elə həmin gün polis idarəsinə Qaraçuxur qəsəbəsində yaşayan daha 8 avtomobilin sürücüsü də eyni məzmunlu şikayət ərizəsi ilə müraciət edib. Həmin şəxslər maşınlarından akkumlyatorlar və pul oğurlandığını bildiriblər. Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar – Rəşad Bayramlı və Rahim Hatəmzadə şübhəli şəxs qismində saxlanılıblar.

Rəşad Bayramlı – Saxlanılan şəxs: “Qaraçuxurda 9 maşına girdik. Şüsəsini sındırıb aparatura və xırda pullar götürmüşük. Aparıb satıb pul əldə etmişik”.

Rahim Hatəmzadə – Saxlanılan şəxs: “Qaraçuxurda dostum Rəşadla birlikdə 9 maşını soyub oğurluq etmişik. Əşyaları satıb pul əldə etmişik”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …