Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Bakıda faciəvi hadisə – 28 yaşlı qız prospektin ortasında öldü

Bakıda faciəvi hadisə – 28 yaşlı qız prospektin ortasında öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

“ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, dünən saat 18:30 radələrində Nizami rayonu ərazisində – Qara Qarayev prospektində naməlum avtomobil yolu keçən 28 yaşlı qızı vurub. Ağır xəsarət alan gənc qız hadisə yerində vəfat edib.

Hadisə şahidləri bildiriblər ki, piyadanı “Fiat Doblo” markalı avtomobil vurub. Sürücü qəzadan sonra nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.

Hazırda qəzanı törədən sürücü və nəqliyyat vasitəsinin tapılması istiqamətində iş aparılır.

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …