Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Kriminal / Bakıda FACİƏ: Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Bakıda FACİƏ: Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Bakıda bir ailə dəm qazından zəhərlənib.

Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün saat 05:22-də Xəzər rayonu, Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvünün dəm qazından zəhərlənməsi barədə Təcili Tibbi Yardım Stansiyasına məlumat daxil olub. Dərhal Mərdəkan qəsəbəsi, İsgəndərov küçəsi, 48 ünvanına həkim briqadası göndərilib. Bir ailənin 4 üzvü – ata 35 yaş, ana 32 yaş, övladları, 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.

Həmçinin oxuyun

“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında …