Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Kriminal / Bakıda fəhlə işdən qayıdan qadını zorlamaq istədi – POLİS SƏRBƏST BURAXDI

Bakıda fəhlə işdən qayıdan qadını zorlamaq istədi – POLİS SƏRBƏST BURAXDI

Bakıda qadını zorlamaq istəyən şəxsi qonşular zərərsizləşdirib.
Azinforum.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonu, Qala qəsəbəsində baş verib.
İşdən evə qayıdan gənc qadına həmin məhəllədə fəhlə işləyən S. Quliyev hücum edib. O, qadını zorlamaq üçün təzyiq edib. Təcavüzə məruz qalan qadının səs-küyünə gələn qonşular onu fəhlənin əlindən ala biliblər. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.
Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları S.Quliyevin ifadəsini alandan sonra sərbəst buraxıblar. Hazırda Qala qəsəbəsinin sakinləri PB-nin həyətinə toplaşıb həmin şəxsin həbs olunmasını tələb edirlər.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …