Ana səhifə / Kriminal / Bakıda fərdi yaşayış evlərində baş verən yanğın söndürüldü

Bakıda fərdi yaşayış evlərində baş verən yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyi Bakıda fərdi yaşayış evlərində baş verən yanğınla bağlı məlumat yayıb.

Virtualaz.org nazirliyin saytına istinadən bildirir ki, Bakı şəhərinin Nəsimi rayonu ərazisində taxta konstruksiyalardan ibarət, bitişik tikilmiş iki fərdi yaşayış evində (hazırda yaşayış olmayan və sökülməkdə olan) yanğın baş verib.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Ərazidəki digər evlər yanğından mühafizə olunub və alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

***14:11

Paytaxtda fərdi yaşayış evləri yanır.

APA-nın məlumatına görə, paytaxtın Ceyhun Hacıbəyli küçəsində, “Azərbaycan” Universitetinin arxasında bir-birinə bitişik fərdi yaşayış evlərində yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Həmçinin oxuyun

Eldar Mahmudovun əmisi oğlu məhkəməyə gəlmədi

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov barəsində olan cinayət işi üzrə …