Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Kriminal / Bakıda erməni əsgərlərin məhkəməsi başlayır

Bakıda erməni əsgərlərin məhkəməsi başlayır

Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən erməni əsgərlər – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin məhkəməsi başlayır.

Bu gün, iyunun 3-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Fəhmin Hümbətov sədrlik edəcək.

Ermənistan vətəndaşları olan hərbi qulluqçular bu il mayın 26-sı saat 19 radələrində Zəngilan istiqamətində saxlanılıblar. Onlar diversiyada təqsirləndirilirlər. 

Erməni əsgərlərinə silah qaçaqmalçılığı, terrorçuluq, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə və digər maddələrlə ittihamlar irəli sürülüb.

Ermənistan tərəfi ittihamları rədd edir. 

Qeyd edək ki, bu ilin aprel ayında da Ermənistanda azərbaycanlı hərbi qulluqçular saxlanılmış və məhkəməmin qərarıyla onlara uzunmüddətli həbs cəzaları kəsilmişdi. Azərbaycan Müdafiə Nazirliyi iki hərbçinin – 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundovun Naxçıvanın Şahbuz rayonunda əlverişsiz hava şəaitinə görə yolda istiqaməti azaraq itkin düşdüyünü açıqlamış və Ermənistan tərəfinin əsgərləri qanunsuz olaraq həbs etməkdə ittiham etmişdi.  

Həmçinin oxuyun

143 milyon mənimsəyənlərin məhkəməsi dövlət sirlərinə görə qapalı keçiriləcək

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi …