Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Kriminal / Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı – FOTO

Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı – FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı dələduzluq edən şəxs saxlanılıb.

Virtualaz.org-un məlumatına görə, Azərbaycan vətəndaşı Əliyev Eldəniz Kamil oğlu özünü DTX-nın Bakı rayon idarələrindən birinin rəisi kimi təqdim edərək, fırıldaq yolu ilə vətəndaşların pulunu mənimsəyib.

Eldəniz Əliyev operativ əməliyyat zamanı saxlanılıb. O, Dövlət Təhlükəsizliyi Xidmətində qaldırılmış iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda E.Əliyevin qeyri-qanuni fəaliyyətinin araşdırılması davam edir.

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …