Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Bakıda dönər və qril də bahalaşdı…

Bakıda dönər və qril də bahalaşdı…

Bakıda dönər və qril də bahalaşdı. Bahalaşmaya səbəb istehlak bazarında məhsulların qiymətinin artmasıdır.
Xüsusən dönər, peraşki və qrilin bahalaşması ilə bağlı narazılıqların olduğunu bildirən sahibkarlar bu qida məhsullarının qiymətinin toyuq və mal ətinin qiymətindən asılı olduğunu bildirirlər. Bahalaşmanın davam edəcəyi istisna edilmir.
5 manata olan qril hazırda 6 manat olub, dönərin qiyməti də artaraq 1,50-2 manat arasında dəyişib.
Quşçuluq fabrikləri və fermerlər isə toyuq və mal ətinin bahalaşmasını heyvan yemlərinin, kommunal xidmətlərin bahalaşması və digər xərclərin artması ilə əlaqələndirirlər.(Bizimyol)

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın