Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıda dolların satışı 1,80 manata yüksəldi

Bakıda dolların satışı 1,80 manata yüksəldi

“Report” agentliyinin analitik qrupunun bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 16:00 radələrində apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnələrinin yenidən artdığı qeydə alınıb.

Azinforum.az  xəbər verir ki, əksər “exchange”lərdə 1 ABŞ dollarının alışı 1,72 manat, satışı isə 1,80 manata aparılır.

Qeyd edək ki, günün ilk yarısında valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,67-1,75 AZN/USD olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi dünənki səviyyədə – 1,5626 AZN/USD qalsa da, bu gün keçirilən valyuta hərracında tələbin yalnız 19% qarşılanması nəticəsində valyuta bazarında yenidən ajiotaj yaranıb.

Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı “ən yaxşı təklif” prinsipi ilə həyata keçirir. Dekabrın son günlərində gündəlik 100 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün zəiflədiyi diqqətə çarpıb.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın