Ana səhifə / Kriminal / Bakıda dollar üçün uzun növbələr…

Bakıda dollar üçün uzun növbələr…

Manatın daha da ucuzlaşması, 1 ABŞ dollarının 2 manata qədər bahalaşacağı barədə paytaxt Bakıda yayılan məlumatlar sakinlərin valyutadəişmə məntəqələrinə axışmalarına səbəb olub.

Dekabrın 27-də Bakıda əksər valyutadəyişmə məntəqələri ya ABŞ dolları satmaqdan imtina edib, ya da ümumiyyətlə işləməyiblər. İşləyən məntəqələrin qarşısında isə növbələr yaranıb.

Artıq paytaxtın bəzi yerlərində dollar üçün “qara bazar” – qeyri-rəsmi vayutadəyişmə xidməti göstərən adamlar peyda olub və onlar 1 ABŞ dollarını 2 manata təklif ediblər.

Hələlik Mərkəzi Bankdan bir rəsmi açılama yoxdur. Amma dekabrın 28-də səhər saatlarından dolların bir qədər də bahalaşacağı barədə gözləntilər var.

Mərkəzi Bank dekabrın 21-də “üzən məzənnə” rejiminə keçdiyini elan edib və həmin gün 1 dollar 1.55 manat olub. Bundan sonra müşahidəçilər manatın qarşıdakı günlərdə daha da dəyər itirəcəyini deyirdilər.

“Azadlıq” radiosu dekabrın 27-də Bakıda Nərimanov rayonu ərazisindəki valyutadəyişmə məntəqələrinin birində axşam saatlarında gördüyü mənzərənin fotolarını təqdim edir. Həmin məntəqədə məzənnə 100 ABŞ dolları üçün 158 manat 40 qəpik olub.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın