Ana səhifə / Kriminal / Bakıda dollar satışı dayandı

Bakıda dollar satışı dayandı

Bu gün səhər saatlarında Bakı şəhərində fəaliyyət göstərən əksər bank filialları və valyuta mübadilə şöbələri nağd ABŞ dollarının müştərilərə satışını dayandırıb. Bəzi mübadilə şöbələri hətta avro satışını da həyata keçirmir.

Xəbərə görə, “Unibank”, “Bank of Baku”, “Accessbank”, “Zaminbank” və s. kommersiya banklarının paytaxtdakı valyutadəyişmə məntəqələrinin əməkdaşları valyutanın satışı prosesinin nə vaxt bərpa olunacağı haqqında məlumatsız olduqlarını və əməliyyatları baş ofisdən aldıqları göstəriş əsasında dayandırdıqlarını qeyd ediblər.

“Report”un şəhərin mərkəzi hissəsində apardığı müşahidələrə əsasən, “Zaminbank”, “Kredo bank”, “Atrabank”, “Muğanbank”, “AGBank”, Azərbaycan Beynəlxalq Bankı, “Amrahbank” və “United Credit Bank”ın əksər valyuta mübadilə şöbələri və bir çox filial və mübadilə şöbələri bağlanıb, açıq olanlar isə əsasən İran rialı, Gürcüstan larisi və Rusiya rublunun alqı-satqısını həyata keçirir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ötən gün ABŞ dollarının rəsmi məzənnəsini 1,0479 manat səviyyəsində müəyyənləşdirib (“Report”).

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın