Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakıda direktor müavini RÜŞVƏT VERMƏKDƏ ittiham olunur

Bakıda direktor müavini RÜŞVƏT VERMƏKDƏ ittiham olunur

Bakıda rüşvət verməkdə təqsirləndirilən 149 saylı məktəbin direktor müavini olan Əjdərzadə Samirə Məhəmməd qızının barəsində aparılan ibtidai istintaq başa çatıb.

Open.az-ın məlumatına görə, direktor müavinin barəsində olan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş məhkəmənin hakimi Azad Məcidovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası tarixi hələlik məlum deyil.

Qeyd edək ki, Samirə Əjdərzadə təqsirləndirilən Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Ona Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə – vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə və təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, bundan əvvəl də Samirə Əjdərzadənin dələduzluq əməli törətdiyi üçün Binəqədi rayon Məhkəməsinin hökmü ilə mühakimə olunub.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …