Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakıda dayə işlədiyi evdən 13 min manat pul oğurladı

Bakıda dayə işlədiyi evdən 13 min manat pul oğurladı

Bakıda oğurluq hadisəsi baş verib.

Report-un xəbərinə görə, vətəndaş polisə müraciət edərək bildirib ki, 2019-cu ilin mart ayından bu ilin mart ayınadək evindən 13 min manat pul oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Sevda Ayvazova saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, S.Ayvazova həmin evdə dayə işləyib.

Faktla bağlı araşdırmalar aparılır.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …