Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Kriminal / Bakıda daha bir abituriyent özünü öldürdü – İmtahandan az bal toplayıb

Bakıda daha bir abituriyent özünü öldürdü – İmtahandan az bal toplayıb

Bakı şəhərində intihar hadisəsi baş verib.

BakuPost-a daxil olan məlumata görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, ev 5 ünvanında qeydə alınıb.

Belə ki, gənc qız özünü sözügedən ünvanda yerləşən hündürmərtəbəli binadan ataraq intihar edib.

Canına qəsd edən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xaləddin qızı Rzayeva olduğu bildirilir.

Onun bu ilki qəbul imtahanlarında az bal topladığı və ali məktəbə qəbul ola bilmədiyi üçün bu addımı atdığı qeyd edilir.

Fatla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Həmçinin oxuyun

İşdən çıxarılan məktəb direktoru “general”a 10 min rüşvət verib – Təfərrüatlar

70 yaşında məktəb direktoru olmaq istəyən şəxs dələduzluqda üzləşib. Onun 10 min manatını ələ keçiriblər. …